Rusiya İrana görə İsrailə xəbərdarlıq etdi Dünya

Rusiya İrana görə İsrailə xəbərdarlıq etdi

Rusiya İranın nüvə infrastrukturuna zərbə endirmək təhlükəsi ilə bağlı İsrailə xəbərdarlıq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz dəfələrlə xəbərdarlıq etmişik və etməkdə də davam edirik. Hətta nüvə obyektlərinə və nüvə infrastrukturuna hücum ehtimalının hipotetik nəzərdən keçirilməsinə qarşı xəbərdarlıq edirik”, - Ryabkov bildirib.