Somalidə güclü partlayış: 10 nəfər öldü Dünya

Somalidə güclü partlayış: 10 nəfər öldü

Somalinin paytaxtı Moqadişoda yerləşən Polis Akademiyasının ərazisindəki kafedə güclü partlayış baş verib, nəticədə 10 nəfər ölüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "goobjoog" portalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçu-kamikadze akademiyanın ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb.

Xəsarət alanların dəqiq sayı hələ müəyyən edilməyib. Hadisə yerində xilasedicilər işləyir.