İsrail ordusu təsdiqlədi: Sinvar öldürülüb! Dünya

İsrail ordusu təsdiqlədi: Sinvar öldürülüb!

18:10

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “Skay Nyus Arabia” adı açıqlanmayan mənbəyə istinadən məlumat paylaşıb.

“Clash Reрort” isə özəl mənbələrə istinadla dünən baş verən insidentdə HƏMAS lideri Yəhya Sinvarın Mahmud Həmdan və İzzədin əl-Qəssam Briqadasının 3-cü komandiri ilə birlikdə öldürüldüyünü yazıb.

Onların cəsədləri hədəfə alınan binanın dağıntıları altından çıxarılıb.

Mənbələrin bildirdiyinə görə, HƏMAS-ın rəhbərliyinə dünən axşam saatlarında Sinvar, Həmdan və digər komandirin ölümləri barədə məlumat verilib.

***

İsrail Ordusu və Baş Təhlükəsizlik Xidməti Şin Bet HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

Qeyd edək ki, bundan öncə Y.Sinvarın öldüyünü əks etdirən fotolar yayılmışdı.