Fransa yağışa təslim oldu: məktəblər bağlandı, təxliyə başladı Dünya

Fransa yağışa təslim oldu: məktəblər bağlandı, təxliyə başladı

Fransanın cənub-şərqindəki Oven-Rona-Alplar bölgəsinin minə yaxın sakini aramsız leysan nəticəsində yaranan şiddətli daşqınlar səbəbindən təxliyə edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Xüsusilə Lion yaxınlığındakı Jivors kommunası təhlükə altındadır, burada su bəndi çökə bilər.

Regional hakimiyyət orqanları daşqınların nəticələrini aradan qaldırmaq üçün xeyli sayda xilasedici və çoxlu sayda texnika cəlb edib.

Bölgədəki məktəblərin əksəriyyəti cümə günü bağlanacaq. İctimai nəqliyyatın işində problemlərin olacağı istisna edilmir.