Rusiya səfirliyi Avstraliyadan gələn  Abrams" tanklarının Ukraynada yandırılacağını bildirib Dünya

Rusiya səfirliyi Avstraliyadan gələn  Abrams" tanklarının Ukraynada yandırılacağını bildirib

Rusiyanın Avstraliyadakı səfirliyi Ukraynaya M1A1 "Abrams" tanklarının tədarükünü Kanberranın Qərb və Rusiya arasında münaqişəyə cəlb olunması istiqamətində növbəti addımı hesab edir.

Bu barədə TASS-a müsahibəsində Rusiya diplomatik missiyasının rəhbəri Aleksey Pavlovski bildirib.

"Heç bir şəkildə müdafiə silahı sayıla bilməyən M1A1
"Abrams" tanklarının çatdırılması Avstraliyanın Rusiyaya qarşı proksi müharibəsinə getdikcə daha çox cəlb olunması üçün yeni bir addımdır. Ukraynanın taleyi ilə bağlı riyakarcasına narahatçılıq bəsləyən Kanberra faciəli müharibənin uzadılmasına siyasi və maliyyə sərmayə qoyur, Zelenskiyə öz vətəndaşlarını Qərb ağalarının maraqları naminə qırğına sövq etməyə kömək edir.

Pavlovski əlavə edib ki, bu tanklar "əvvəllər köçürülmüş" Bushmasters" zirehli maşınları ilə eyni şəkildə yanacaq".

Cavid