Meşal Sinvarın yerinə keçib Dünya

Meşal Sinvarın yerinə keçib

Fələstinin HƏMAS hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal İsrail ordusunun HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarı öldürməsindən sonra təşkilata rəhbərlik edib.

Bu barədə Livanın LBCI xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr təsdiqləyiblər ki, Xalid Meşal hərəkatın rəhbəri vəzifəsini icra edir və hazırda girov danışıqlarında iştirak edən əsas tərəflərlə bütün əlaqələrə cavabdehdir.

Cavid