Rusiyada gəmi batdı - 3 nəfər xilas olunub, 4-ü axtarılır Dünya

Rusiyada gəmi batdı - 3 nəfər xilas olunub, 4-ü axtarılır

Rusiyanın Saxalin vilayətinin Korsakov limanında “Qriqori Lovtsov” adlı yük gəmisi batıb.

Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub: "Yüklənmə zamanı gəmi əyilib və çevrilib. Gəmidə yeddi ekipaj üzvü olub. Üç nəfəri xilas etmək mümkün olub, dörd nəfərin taleyi hələlik məlum deyil".

Cavid