İsrail XİN rəhbəri BMT Baş katibini hədələyib: Sinvarın öldürülməsini də müsbət qarşılamadı Dünya

İsrail XİN rəhbəri BMT Baş katibini hədələyib: Sinvarın öldürülməsini də müsbət qarşılamadı

Biz BMT-nin Baş katibi Antoniu Quterreşi “arzuolunmaz şəxs” elan etməyə və onun İsrailə girişinə qadağa qoymağa davam edəcəyik.

APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” platformasındakı paylaşımında bildirib.
“BMT-nin Baş katibi Antoniu Quterreş 7 oktyabr hadisələrindən sonra HAMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi kimi, HAMAS lideri Yəhya Sinvarın öldürülməsini də müsbət qarşılamadı. Quterreş son dərəcə antiisrail və antisemit siyasət yürüdür. Biz onu “persona non-grata” elan etməyə və İsrailə girişinə qadağa qoymağa davam edəcəyik”, - İsrael Kats qeyd edib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi bir müddət əvvəl BMT-nin Baş katibini “arzuolunmaz şəxs” elan edib və onun ölkəyə girişinə qadağa qoyub.