Türkiyənin Milli Bərabərlik Partiyasına qarşı narkotik əməliyyatı Dünya

Türkiyənin Milli Bərabərlik Partiyasına qarşı narkotik əməliyyatı

Türkiyənin Milli Bərabərlik Partiyasının qərargahında keçirilən əməliyyat zamanı narkotikdən istifadə etdiyi aşkarlanan 7 nəfər saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “hurriyet.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda deyilir ki, Ankara Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə şöbəsi dünən partiyanın Yeni məhəllədəki qərargahında narkotik vasitələrin satışı və istifadə olunduğu xəbəri üzərinə hərəkətə keçib.

Binada saxlanılan 7 nəfərdən M.G-nin partiya üzvü olan B.Y. ilə qərargahda narkotik vasitələr əldə edərək istifadə etdikləri müəyyən edilib. B.Y.-nin üzərindən satışa hazır şəkildə qablaşdırılan külli miqdarda narkotik vasitə aşkar edilib.

Narkotikdən istifadə edən və saxlanılan 5 şübhəli ifadələrində M.G. və B.Y-nin onları narkotik vasitələrlə təmin edərək partiya binasına dəvət edib “Bura təhlükəsizdir, polis içəri girə bilməz” deyə bildiriblər.