İstanbulda FETÖ əməliyyatı Dünya

İstanbulda FETÖ əməliyyatı

İstanbulun Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirlikləri FETÖ/PDY silahlı terror təşkilatının mövcud strukturunda fəaliyyət göstərən şübhəlilərin müəyyən edilməsi üçün birgə araşdırma aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “milliyet.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə qeyd olunur ki, araşdırmalarda təşkilatın hazırkı tələbələrə aid evlərdə qalan, sözdə qardaş olduğu və təşkilata aid digər yerlərdən məsul olan şübhəlinin M.C.S olduğu müəyyən edilib.
Şübhəlinin qaldığı evdə keçirilən əməliyyat zamanı M.C.S saxlanılıb.

Ünvanda aparılan axtarışlar zamanı 2 telefon, 2 noutbuk, bir planşet, 670 dollar, 100 avro, 117 min 170 lirə və bəzi supermarket alış-veriş kartları ələ keçirilib.

Şübhəlinin telefonuna baxış zamanı onun FETÖ/PDY silahlı terror təşkilatının ünsiyyət proqramı kimi istifadə etdiyi "Siqnal" tətbiqi vasitəsilə qarşı tərəfin təşkilatdan olduğunu anlamaq üçün şifrəli mesajlar hazırladığı anlaşılıb.

Bunun ardından terror təşkilatı üzvlərinin təşkilati məzmunlu çıxışlar etdiyi müəyyən edilib.

Qeyd edək ki, polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəli, çıxarıldığı növbətçi sülh cəza hakimi tərəfindən həbs edilib.