İsrail səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib Dünya

İsrail səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” platformasındakı paylaşımda bildirib.

“Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 Oktyabrda, Azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”, - paylaşımda bildirilib.