Türkiyənin kurort bölgəsində otel yandı Dünya

Türkiyənin kurort bölgəsində otel yandı

Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda oteldə yanğın baş verib, orada istirahət edənlərin hamısı obyektdən çıxarılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın Kəmərin Beldibi bölgəsindəki bir oteldə baş verib. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Türkiyənin “Dəmirörən” agentliyinin yerli hakimiyyət nümayəndələrinə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.