Netanyahunun evinə PUA hücumu: İsrail hərəkətə keçdi Dünya

Netanyahunun evinə PUA hücumu: İsrail hərəkətə keçdi

İsrail Livandan Baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki evinə PUA hücumundan sonra bəzi hökumət məmurlarının hərəkətlərinə dair göstərişləri sərtləşdirib və təhlükəsizlik tədbirlərini gücləndirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, hökumət məmurları üçün təhlükəsizlik səviyyəsi artırılıb.

Qeyd edək ki, bu gün Netanyahunun Qeysəriyyədəki evinə PUA hücumu baş verib. Məlumata görə, hücum anında baş nazir və həyat yoldaşı evdə olmayıblar.

İsrail Müdafiə Ordusu Livandan İsrail ərazisinə üç PUA göndərildiyini, onlardan ikisinin vurulduğunu, birinin isə Qeysəriyyə bölgəsindəki bir binaya çırpıldığını təsdiqləyib.