Kanadadan ölkədə qalan hind diplomatlara xəbərdarlıq Dünya

Kanadadan ölkədə qalan hind diplomatlara xəbərdarlıq

Kanadada qalan hindistanlı diplomatlara vətəndaşlarımızın həyatını təhlükəyə atmamaları üçün açıq şəkildə xəbərdarlıq etmişik.

Xalqcebhesi.az xəbər verir ki, bunu Kanada xarici işlər naziri Melani Coli deyib.

“Biz tariximizdə belə hallara rast gəlməmişik. Bu transmilli təzyiq səviyyəsi Kanada torpağında baş verə bilməz. Biz bunu Avropanın başqa yerlərində də görmüşük. Rusiya Almaniya və Böyük Britaniyada bunu etdi və biz bunun üzərində möhkəm dayanmalı olduq”, - XİN başçısı bildirib.

Digər Hindistan diplomatlarının deportasiya edilib-edilməyəcəyi ilə bağlı danışan Coli Onlara açıq şəkildə xəbərdarlıq edildiyini vurğulayıb:

“Ottavadakı Ali Komissar da daxil olmaqla, 6-sı deportasiya edilib. Vyana Konvensiyasını açıq şəkildə pozan heç bir diplomata güzəştə getməyəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl Kanada hökuməti 6 Hindistan diplomatı və konsulluq rəsmisini vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkədən deportasiya edib.