Lukaşenko Qərb ölkələrinin nümayəndələri ilə çətin, lakin maraqlı danışıqlar apardığını açıqlayıb Dünya

Lukaşenko Qərb ölkələrinin nümayəndələri ilə çətin, lakin maraqlı danışıqlar apardığını açıqlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko dünən Qərb dövlətlərinin nümayəndələri ilə çətin, lakin maraqlı danışıqlar apardığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

“Dünən (18 oktyabr – red.) mənim qeyri-ictimai, lakin çox çətin günüm oldu. Qərb dövlətlərinin nümayəndələri ilə çox mürəkkəb, çətin, lakin maraqlı danışıqlar apardım”, – Lukaşenko deyib.

O, danışıqların kiminlə aparıldığını dəqiqləşdirməyib, yalnız görüşdə “ən varlı ölkələrin” təmsil olunduğunu qeyd edib.

Eyni zamanda, Lukaşenko bu ölkələrin Belarusa həsəd apardığını iddia edib.