İsrail qırıcıları Beyruta zərbələr endirdi Dünya

İsrail qırıcıları Beyruta zərbələr endirdi

İsrail təyyarələri Beyrutun cənub ətrafına, Hizbullahın obyektlərinin yerləşdiyi və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, paytaxtın Haret-Horeyk məhəlləsində ən azı üç güclü partlayış baş verib.

İsrail qırıcılarının zərbələri nəticəsində baş verən partlayış nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.