Roqozin etiraf etdi: Gəmilərimiz hədəfə çevrilmişdi Dünya

Roqozin etiraf etdi: Gəmilərimiz hədəfə çevrilmişdi

Rusiya Qara Dəniz Donanmasının iri gəmiləri Ukrayna dəniz dronları üçün böyük hədəfə çevrildiyinə görə yerlərini dəyişdi.

Xalqcebhesi.az xəbər verir ki, bunu rusiyalı senator Dmitri Roqozin deyib.

Onun sözlərinə görə, hazırda Qara Dəniz Donanması Krımdakı Sevastopol və Feodosiya limanlarından Krasnodar diyarının Novorossiysk limanına köçürülüb.