London və Berlin tarixi hərbi saziş imzalayacaq Dünya

London və Berlin tarixi hərbi saziş imzalayacaq

Böyük Britaniya və Almaniya tezliklə tarixi hərbi saziş imzalayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Con Hili deyib.

Bildirilib ki, müqavilə Britaniya və Almaniya qüvvələrinə NATO-nun Rusiya ilə şərq sərhədində, Estoniya və Litvada birgə hərbi təlimlər keçirməyə imkan verməlidir:

“Bu saziş həmçinin iki ölkəyə birgə daha çox silah almağa və yeni nəsil silahların hazırlanması və istehsalı sahəsində daha sıx əməkdaşlıq etməyə imkan verəcək”.