Gürcüstan prezidenti mitinqə çıxdı Dünya

Gürcüstan prezidenti mitinqə çıxdı

19:30

Gürcüstanda parlament seçkilərinə 6 gün qalmış müxalifət tərəfdarları ölkənin Avropa Birliyinə inteqrasiyasına dəstək məqsədilə paytaxt Tiflisdə yürüş keçirirlər.

Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, əllərində Gürcüstan və Avropa Birliyinin bayraqları olan mindən çox paytaxt sakini “Gürcüstan Avropa Birliyini seçir” adlı yürüş keçirir.

“Seçkiyə gəlin” plakatları ilə keçirilən aksiyada iştirakçılar paytaxtın mərkəzinə, Azadlıq meydanına getməyi planlaşdırır.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili də mitinqdə iştirak edir.

Bildirilir ki, prezident mitinq təşkilatçılarının çıxış etdiyi səhnə qarşısında dayanıb. O, mediaya açıqlama verməyib.