Ukrayna XİN rəhbəri Türkiyəyə səfər edəcək Dünya

Ukrayna XİN rəhbəri Türkiyəyə səfər edəcək

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa oktyabrın 21-də Türkiyəyə rəsmi səfəri edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində ukraynalı nazirin Türkiyənin XİN başçısı Hakan Fidan ilə keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Səfər iki gün davam edəcək.