Macarıstan səfiri İran XİN-ə çağırıldı Dünya

Macarıstan səfiri İran XİN-ə çağırıldı

Macarıstanın İrandakı səfiri yenidən XİN-ə çağırılıb.

Xalqcebhesi.az İran mediasına istinadən xəbər verir ki, Avropa Birliyi və Fars Körfəzi Əməkdaşlıq Şurası rəhbərlərinin birgə bəyanatı ilə bağlı, eləcə də AB rəhbərlərinin ötən cümə axşamı keçirilən görüşünün xülasəsindən sonra Macarıstanın səfiri Giola Peto Xarici İşlər Nazirliyinə çağırılaraq, ona İran hökumətinin etirazı bildirilib.