Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir Dünya

Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir

Gürcüstanın müxalifət partiyaları, eləcə də vətəndaş cəmiyyəti təşkilatları paytaxt Tbilisidə "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirir.

Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, on minlərlə müxalifət tərəfdarı şəhərin müxəlif nöqtələrindən yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçılarına müxalifət liderləri ilə yanaşı prezident Salome Zurabişvili də qoşulub.

Tribunada çıxış edən Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib. Prezident tribunadan Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sanduya müraciət edərək onlara qələbə arzulayıb.

Mitinqdə Aİ və Gürcüstanın himni səslədirilib. Aksiya səbəbilə mərkəzi Rustaveli prospektində, eləcə də yaxınlıqdakı bir sıra küçərələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Mitinq iştirakçılarına Azərbaycan dilində də müraciət edilib.

Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilirGürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilirGürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilirGürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilirGürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir