“FETÖ ilə mübarizəmiz eyni qətiyyət və əzmlə davam edəcək” Dünya

“FETÖ ilə mübarizəmiz eyni qətiyyət və əzmlə davam edəcək”

“FETÖ liderinin ölümü terror təşkilatına qarşı mübarizədə qətiyyətimizi heç bir şəkildə pozmayacaq, əksinə, mübarizəmiz eyni qətiyyət və əzmlə davam edəcək”.

Xalqcebhesi.az “hurriyet.com.tr”-yə istinadən xəbər verir ki, bunu Türkiyənin ədalət naziri Yılmaz Tunc deyib.

O qeyd edib ki, Türkiyəyə qarşı köklü milli təhlükəsizlik problemi olaraq davam edən bu təşkilatla mübarizə təkcə FETÖ lideri ilə məhdudlaşmır, onun bütün elementləri və uzantıları ilə davam etdiriləcək: “FETÖ üzvləri ilə bağlı məhkəmə prosesləri ölüm olayından təsirlənmədən təşkilatın rəhbər və üzvlərinə qarşı eyni qətiyyətlə davam edəcək. Başda ədliyyə olmaqla Türkiyə Cümhuriyyəti Dövləti bütün qurum və təşkilatları ilə milli iradəyə qarşı savaş açan bu xəyanət şəbəkəsinin qalıqlarını təmizləməkdən əsla vaz keçməyəcək, millətimizin əmin-amanlığı və təhlükəsizliyi üçün lazım olan hər addımı atmağa davam edəcək, xain təşkilatın hər bir üzvü türk ədaləti qarşısında mütləq cavab verəcək”.