Müdafiə naziri ABŞ-nin Ukraynaya 400 mln. dollarlıq növbəti yardım paketini elan edib Dünya

Müdafiə naziri ABŞ-nin Ukraynaya 400 mln. dollarlıq növbəti yardım paketini elan edib

Ukraynada səfərdə olan ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin rəsmi Kiyevə 400 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.

APA-nın “strana.ua”ya istinadən xəbərinə görə, bu açıqlamanı o Ukraynanın prezidenti Vladimir Zelenski ilə görüş zamanı verib.

Bildirib ki, yeni paketə hərbi texniki, eləcə də müxtəlif təyinatlı silah-sursat daxildir.