Albaniyanın keçmiş prezidenti saxlanıldı Dünya

Albaniyanın keçmiş prezidenti saxlanıldı

Albaniyanın keçmiş prezidenti İlir Meta saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, eks-prezident Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun qərarı ilə saxlanılıb.

Prokurorluq onun əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və "çirkli pullar"ın yuyulmasında şübhəli bilinir.

Qeyd edək ki, İ.Meta 2017-2022-ci illərdə Albaniyanın prezidenti olub.