Fransa MN: Ukraynada çəkindirici qüvvələrin yerləşdirilməsi mövzusuna toxunmağın vaxtıdır Dünya

Fransa MN: Ukraynada çəkindirici qüvvələrin yerləşdirilməsi mövzusuna toxunmağın vaxtıdır

Ukrayna ərazisinə qeyri-nüvə çəkindirici qüvvələrin yerləşdirilməsi məsələsini həll etməyin vaxtı çatıb.

APA xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu LCI TV-nin efirində deyib.

Onun sözlərinə görə, Volodimir Zelenskinin “qələbə planı” siyasi yolun başlanğıcıdır və bundan sonra nə olacaq sualını vermək lazımdır.

Eyni zamanda, Lekornu əlavə edib ki, bir gün Ukrayna Rusiya ilə dialoqu bərpa edəcək.