“Bu məsələdə Cümhuriyyət Xalq Partiyasına verdiyimiz siyasi qiymət aydındır” – Özgür Özəl Dünya

“Bu məsələdə Cümhuriyyət Xalq Partiyasına verdiyimiz siyasi qiymət aydındır” – Özgür Özəl

Türkiyədə İstanbul Barosu seçkiləri öncəki axşam tamamlanıb. 65 min üzvü ilə dünyanın ən böyük vəkillər kollegiyalarından biri olan İstanbul Vəkillər Kollegiyasının yeni prezidenti Prof. Dr. İbrahim Kaboğlu olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “milliyet.com.tr” xəbər saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, seçki nəticələrindən sonra çıxış edən İ.Kaboğlu yeni Konstitusiya ilə bağlı müzakirələrə toxunaraq “Dəyişməz maddələrə müsbət mənada toxunmaq olar. Eynən 1995-ci və 2001-ci ildə olduğu kimi” deyib. Onun bu sözləri müzakirələrə səbəb olub. CHP lideri Özgür Özəl “Bu məsələdə Cümhuriyyət Xalq Partiyasına verdiyimiz siyasi qiymət aydındır. Konstitusiyanın ilk dörd maddəsinin mən “Bu və ya digər şəkildə müzakirəyə açılmasına bağlıyıq” demişdim və indi də eyni fikirdəyəm" deyib.

Ankara Böyükşəhər Bələdiyyəsinni sədri Mənsur Yavaş isə Konstitusiyanın 4-cü maddəsinin çox açıq olduğunu bildirib: “Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı iki dəfə qərar çıxarıb və bildirib ki, 4-cü maddə ilk üç maddəni qoruduğundan onu dəyişdirmək olmaz. Sizə görə müsbət olması vəziyyəti dəyişmir”.

Qeyd edək ki, CHP daxilində "10 Dekabr Hərəkatı" ilə birlikdə hərəkət edən İ.Kaboğlu Kamal Kılıçdaroğlu dönəmində millət vəkili olub. “10 Dekabr Hərəkatı”nın hazırladığı yeni Konstitusiya təklifində “federativ quruluş” təklif edilib.