Ədirnədə 20 qeyri-qanuni mühacir tutulub Dünya

Ədirnədə 20 qeyri-qanuni mühacir tutulub

Türkiyənin Ədirnə bölgəsinə qeyri-qanuni yollarla gələn 20 qeyri-qanuni mühacir tutulub.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sozcu.com.tr” saytı məlumat paylaşıb.

Xəbərdə bildirilir ki, təhlükəsizlik qüvvələri qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün bütün şəhərdə yoxlama və nəzarəti davam etdirib.

Təftiş zamanı qruplar Əfqanıstan, Pakistan və Suriyadan olan 20 qeyri-qanuni mühacir yaxalayıb.

Xarici vətəndaşlar əməliyyatlarının ardından İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.