İzmirdə DEAŞ əməliyyatı Dünya

İzmirdə DEAŞ əməliyyatı

Mərkəzi İzmir şəhərində olan 7 vilayətdə eyni vaxtda terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatda 6 şübhəli saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “ensonhaber.com” saytı məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin anti-terror səyləri aramsız olaraq davam edir. Sərhəd xaricində və ölkə daxilində əməliyyatlarını davam etdirən qruplar hər gün terror təşkilatı üzvlərinə daha bir zərbə endirir.

Bu çərçivədə İzmir Cümhuriyyət Baş Prokurorluğu qaçaq terror təşkilatı üzvləri haqqında istintaq başladıb. İstintaq çərçivəsində İl Jandarma Komandirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, terror təşkilatı DEAŞ-ın maliyyə qaynaqları üzərində araşdırma aparıb.

Texniki və fiziki izləmə nəticəsində 9 şübhəlinin şəxsiyyəti müəyyən edilib. Şübhəlilərdən altısı gizləndikləri yeddi şəhərdəki ünvanlarda eyni vaxtda keçirilən əməliyyat zamanı tutulub.

İkisinin xaricdə olduğu təsbit edilən şübhəlilərin tutulması üçün işlər davam edir.