İsrailin hücumu nəticəsində 13 nəfər ölüb Dünya

İsrailin hücumu nəticəsində 13 nəfər ölüb

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı xəbər paylaşıb.

Xəbərdə deyilir ki, İsrail Livana hücumlarını fasiləsiz olaraq davam etdirir. İsrail ordusu gecə saatlarında paytaxt Beyrutun Jnah bölgəsində Rafik Həriri Universiteti Xəstəxanasının ətrafını hədəfə alıb. Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada 1-i uşaq olmaqla 13 nəfərin öldüyü, 57 nəfərin yaralandığı bildirilib. Qeyd olunub ki, hücum xəstəxanaya böyük ziyan vurub.