Somada mədəndə çökmə baş verib Dünya

Somada mədəndə çökmə baş verib

Türkiyənin Manisa vilayətinin Soma rayonunda Eğnez məhəlləsinə bağlı mədəndə gecə saatlarında tavan çöküb.

Xalqcebhesi.az-ın məlumatına görə, bu haqda Türkiyənin “haberglobal.com.tr” saytı xəbər paylaşıb.

Çökmə nəticəsində işçilər - Adem Balta (35) və A.O.K. (25) yaralanıb. Soma Dövlət Xəstəxanasına aparılan yaralılardan A.Balta dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq başladılıb.