Türkiyədə Hakimlər və Prokurorlar Şurasının müfəttişinə bıçaqlı hücum Dünya

Türkiyədə Hakimlər və Prokurorlar Şurasının müfəttişinə bıçaqlı hücum

Türkiyədə Hakimlər və Prokurorlar Şurasının (HSK) binasında çalışan yeməkxana işçiləri HSK müfəttişi Mehmet Aslana bıçaqla hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “cumhuriyet.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, boğazından yaralanan M.Aslan xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis qrupları şübhəlini cinayət silahı ilə birlikdə saxlayıb.

Xəstəxanada müalicə alan M.Aslanın isə həyati təhlükəsinin olmadığı qeyd edilib.