İsrail qırıcıları Beyrutun cənubuna raket zərbələri endirib Dünya

İsrail qırıcıları Beyrutun cənubuna raket zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub kənarında “Hizbullah”ın obyektləri və tərəfdarlarının yaşadığı ərazilərə raket zərbələri endirib.

APA xəbər verir ki, İsrail təyyarələri şəhərin cənub hissəsinə ardıcıl beş hava hücumu həyata keçirib.
İsrail ordusu daha əvvəl “X”də Beyrutun cənub bölgələrindəki sakinlərə xəbərdarlıq göndərərək, onlara xəritədə göstərilən və hava hücumlarına məruz qalacaq təhlükəli yerləri tərk etməyi tövsiyə etmişdi.