Hataydakı meşə yanğınına havadan müdaxilə başlayıb Dünya

Hataydakı meşə yanğınına havadan müdaxilə başlayıb

Türkiyənin Hayat vilayətində dünən baş verən meşə yanğını üçün yenidən havadan müdaxilə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, b haqda Türkiyənin “sozcu.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə bildirilir ki, Hatayın Dörtyol rayonunun Küllü məhəlləsində meşəlik ərazidə baş verən yanğına səhər saatlarında qruplar havadan müdaxilə etməyə başlayıb. Qruplar çətin relyef şəraitində yanğını nəzarət altına almaq üçün səylərini davam etdirir.

Hatay Meşə Regional Müdirliyinin sosial media hesabından paylaşılan açıqlamada ətraf bölgələrdən dəstək üçün gələn qruplarla söndürmə işlərinin davam etdiyi qeyd edilib: “Dörtyol rayonu Küllü məhəlləsində davam edən meşə yanğınına gecə boyu qurudan müdaxilə edən qruplarımızla birlikdə səhər saatlarında vertolyotla da havadan müdaxilə başlayıb”.