Rusiyanın müdafiə naziri nüvə silahından istifadəni istisna etməyib Dünya

Rusiyanın müdafiə naziri nüvə silahından istifadəni istisna etməyib

Rusiya Belarusa yönələn aqressiya səbəbindən nüvə silahından istifadə oluna bilər.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov hər iki ölkənin Müdafiə nazirliklərinin Minskdəki kollegiya iclasında deyib.
O həmçinin ölkəsi ilə Belarus arasında İttifaq dövləti çərçivəsində tərəfdaşlığı xatırladıb. Rusiyanın yenilənmiş nüvə siyasətini şərh edən A.Belousov əlavə edib ki, bunu qlobal səviyyədəki reallıqlar tələb edir:

“Dünyada hərbi-siyasi reallıqlar dəyişib. Rusiya da öz siyasətini buna müvafiq olaraq həyata keçirir. Belə olan şəraitdə Belarusa qarşı istənilən hərbi aqressiya cəhdinə nüvə silahı ilə cavab veriləcəyini istisna etmirik”.