ASELSAN ilə Baykar arasında yeni müqavilə imzalanıb Dünya

ASELSAN ilə Baykar arasında yeni müqavilə imzalanıb

Türkiyənin ASELSAN və Baykar şirkətləri arasında ümumi məbləği 95,1 milyon dollar olan satış müqavilələri imzalanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “milliyet.com.tr” saytı məlumat paylaşıb.

ASELSAN tərəfindən İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərilən açıqlamada qeyd edilib ki, ASELSAN ilə Baykara arasında 87 milyon 839 min 218 dolları Asiya və Afrikadakı son istifadəçilər üçün nəzərdə tutulan dost-düşmən tanıma sistemləri, peyk rabitə sistemləri, radio sistemləri, istiqamətləndirmə sistemləri və elektro-optik sistemlərindən ibarət olan faydalı yüklərin ixracı üçün ümumi məbləği 95 milyon 116 min 802 dollar olan satış müqavilələri imzalanıb.