Türkiyə nüvə silahına sahib olmalıdır Dünya

Türkiyə nüvə silahına sahib olmalıdır

Nüvə silahlı ölkələr buna qarşı çıxıblar

NATO üzvü Türkiyənin bu vaxtadək nüvə silahına sahib olmaması sual doğurub. Yaxın Şərqdə məlum vəziyyət,, nüvə silahına malik olmadığını (?) iddia edən İsrailin regionda "meydan sulaması", bununla yanaşı Rusiya - Ukrayna müharibəsində rəsmi Kremlin nüvə silahına əl ata biləcək iddiası və s. amillər rəsmi Ankaranın da bu silaha sahib olmaq haqqının vacibliyi məsələsini gündəmə gətirib.

Bu ilin aprelində Belarus prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışında bildirib ki, Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib.

ABŞ Avropa ölkələrində yerləşdirdiyi kimi, Belarus da öz ərazisində taktiki nüvə silahı yerləşdirib”, - o vurğulayıb.

Belarus prezidenti deyib ki, ölkəsi qərb sərhədlərində NATO ilə üz-üzədir: “Blokun şərq cinahında üç yüz minlik hərbi qrupun yerləşdirilməsi planı təsdiq edilib”. Onun sözlərinə görə, onlar bunu “çəkindirici kəmər” adlandırırlar: “Sadəcə, anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər? - Aleksandr Lukaşenko qeyd edib.

Belarus öz təhlükəsizliyini bu formada qoriyursa bıs nədən Türkiyə bu barədə fikirləşməyib. Axı Türkiyə elə bir regionda yerləşir ki, ora daim çalxalanır, regionun güclü dövlətlərinin mübarizə meydanına çevrilib. Bir yandan İraqda Türkiyənin PKK1ya qarşı apardığı əməliyyatlar, digər tərəfdən İsrail faktoru, o biri tərəfdən Pakistan və Hindistan kimi nüvə silahına malik dövlətlər, İranın bu arzunu həyata keçirmək istiqamətində fəaliyyəti Türkiyənin də nüvə silahına sahib olmasına haqq qazandırır.

Hələ 2019-cu ildə “AFP” agentliyi xəbər vermişdi ki, kanadalı senator Cozef Dey tərəfindən NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsi üçün hazırlanan hesabatda qeyd edilib ki, ABŞ Avropanın 6 ölkəsinə nüvə silahı yerləşdirib. Onların arasında Türkiyə ilə yanaşı, Belçika, Almaniya, İtaliya və Hollandiya var. Əksəriyyəti “B-61” növ nüvə silahlarından ibarət mərmilər hərbi hissələrə yerləşdirilib. Türkiyədə ABŞ-a məxsus nüvə silahları “İncirlik” hərbi hava bazasında saxlanılır.

İddialara görə, Avropa ölkələrində ABŞ nüvə silahlarının sayı 150 civarındadır. Lakin NATO rəsmiləri sənədin hərbi alyansa aid olmadığını irəli sürüb.

Heabat Belçikada etirazlara səbəb olub. Müxalifət hökumətdən açıqlama tələb edir.

Hələ 2021-ci ildə idrailli analitik Yakov Kedmi

bildirib ki, yaxın illərdə Türkiyə nüvə dövlətinə çevriləcək. Onun özlərinə görə, əgər bu baş verərsə, ölkəsi buna etiraz etməyəcək: “Çünki, biz istəsək də, istəməsək də, XXI əsrdə nüvə silahı ümumi silahlanma konsepsiyasının başlıca elementlərindən birinə çevrilir”.

“Moskovskiy Komsomolets” nəşrinin türk versiyasının baş redaktoru, Türkiyə üzrə ekspert Yaşar Niyazbayev bildirib ki, Türkiyənin nüvə silahına sahib olma istəyi anlaşılandır. Belə ki, Türkiyə nüvə dövlətləri olan Rusiya və İsraillə qonşudur. İranın da yaxın gələcəkdə bu silaha sahib olması ehtimalı real görünür: “Maraqlıdır ki, Türkiyənin nüvə silahına sahib olması mövzusu Rusiya media məkanında fəal müzakirə olunur. Bu yaxınlarda auditoriyası Türkiyəyə qarşı xüsusi rəğbət bəsləməyən populyar teleqram kanallarının birində sorğu keçirilib. “Türkiyə nə vaxt nüvə silahına sahib olacaq?” sualına oxucuların 63 faizi 1-5 il ərzində, deyə cavab veriblər”.

Y.Niyazbayevin sözlərinə görə, hələ 2019-cu ilin sentyabrında Prezident R.T.Ərdoğan “Kimdəsə nüvə silahı var, amma bizdə yoxdur. Bu qəbuledilməzdir”, - deyə bəyan edib. Bu çox vacib bir bəyanatdır".

Onu da vurğulayaq ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yerli saytların birinə verdiyi müsahibədə bu məsələdə Türkiyəyə haqq qazandırıb. O, İranda 39 deputatın ölkənin Ali Milli Təhlükəsizlik Şurasına nüvə silahının hazırlanmasına icazə verilməsi müraciətinə münasibətində deyib: "Nüvə silahı böyük çəkindirici gücə malikdir. Ukrayna 1994-cü ildə ABŞ-ın təzyiqi ilə nüvə silahından imtina etməsəydi Rusiya Ukrayna ilə müharibəyə başlayardımı, əminliklə deyirəm ki, yox. Mən həmişə o fikirdə olmuşam ki, elmi-texnoloji imkanları olan böyük dövlətlərin, o cümlədən İranın nüvə silahı yaratması normal qarşılanmalıdır. Çünki nüvə silahına sahib dövlətlər digər dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təminat vermirlər. Onda necə ola bilər ki, bir ölkə bu silaha sahib ola blər, digəri yox? Ya hamı nüvə silahından imtina etməlidir, ya da hamıya bu hüquq tanınmalıdır. O başqa məsələ ki, kim bu silaha sahib ola biləcək? İrana belə bir imkan veriləcəkmi? Böyük və inkişaf etmiş xalqlar ali bəşəri dəyərlərə daha da sadiq olmaq əvəzinə daha da qəddarlaşır, kiçik xalqlara öz iradələrini qəbul etdirmək istəyirlər. Başqalarını istismar etmək naminə, hətta inkişaf etmiş ölkələrin vətəndaşları belə öz hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına da razılaşırlar. Ona görə həmişə qardaş Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam".

Türkiyəli politoloq, Beynəlxalq Strateji İdarəetmə və İcraçılar Assosiasiyasının baş katibi, professor Cemal Zehir "Xalq Cəbhəsi"nə deyib ki, Türkiyə NATO üzvü olduğundan nüvə silahına malik olmaq istiqamətində düşünüb:"Bundan öncə nüvə enerjisinə sahib olmaq istəyib və bununla bağlı Avropanın bir neçə ölkəsi ilə görüşmələr, anlaşmalarda olub. 70 ildən çoxdur ki, Avropanın bəzi ölkələri Türkiyəyə bu məsələdə dəstək olduqlarını bəyan etsələr də, amma məsələni bilərəkdən uzagıblar. Türkiyənin nüvə enerjisinə, ardınca nüvə silahına sahib çıxması üçün heç bir addım atmayıblar. Türkiyə başqa alternativ yollara əl atdı, onlardan biri Rusiyadır. Ərdoğan Rusiya prezidenti Putinlə bu məsələdə birgə razılıq əldə etdi".

Bu yerdə qeyd edək ki, Rusiyanın özü də aşağı nüvə enerjisi sahəsində Türkiyə ilə əməkdaşlıqda perspektiv görür.

Bunu ötən il Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada çıxışı zamanı deyib:

“Biz az enerjili atom elektrik stansiyaları sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq”.

Onun sözlərinə görə, enerji ölkələr arasında qarşılıqlı əlaqənin əsas sahələrindən biridir, Rusiya Türkiyəni sabit enerji resursları ilə təmin edir:

"Türkiyəyə Rusiya qazının stabil tədarükü var. Biz nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edirik. Bizim flaqman layihəmiz - "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisinin icrası davam edir. Hazırda “Akkuyu”nu dünyanın ən böyük nüvə tikinti obyektlərindən birinə çevirən AES-in dörd blokunun hamısının obyektlərində tammiqyaslı tikinti işləri aparılır”.

Novak Rusiyanın nüvə sektorunda, o cümlədən əlavə həcmdə elektrik enerjisi əldə etmək üçün "Akkuyu" AES-də bərpa olunan enerji mənbələri sahəsində layihənin həyata keçirilməsi baxımından əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

Komissiyanın iclasından sonra Rusiya hökuməti adından yayılan açıqlamada qeyd olunur ki, Rusiya Türkiyədə yeni “Sinop” AES-in tikintisində öz podratçılarının iştirakında maraqlıdır:

“Rusiya öz podratçılarının Türkiyədə yeni "Sinop" AES-in tikintisində, eləcə də aşağı enerjili atom stansiyalarının tikintisində və qeyri-enerji sektoru texnologiyalarının istifadəsində iştirakında maraqlıdır”.

C.Zehri deyib ki, bu məsələ zaman-zaman həyata keçirilməklə Türkiyə nüvə enerjisinə sahib olacaq..Nüvə enerjisinə sahib olmayan ölkələrin nüvə silahına sahib olması çətindir. Nüvə silahına sahib olmaq üçün ilk növbədə nüvə enerjisi ölkəsinə çevrilməlisən: "Türkiyənin nüvə silahı var, yoxdur sualına rəsmi cavab yoxdur. Amma əgər nüvə savaşında qarşı tərəfə eynən cavab verəcəksən, o zaman buna ikili anlaşmalar çərçivəsindən baxmaq lazımdır. Bilirsiz ki, islam ölkələri arasında yalnız Pakistanın əlində nüvə silahı var. Pakistan Türkiyənin nüvə silahına ehtiyacı oıarsa ona bu silahdan istifadəyə razılıq verib. Eyni soydaş olmasa da Türkiyə Pakistana qardaş ölkədir. Amma bu məsələ ilə bağlı dövlətlər arasında rəsmi anlaşmadan xəbərimiz yoxdur. Amma Türkiyənin daha strateji silahları vat. Nüvə silahına sahib olan ölkələr digər bir ölkənin də bu silaha sahib olmaq istəyinə qarşıdırlar. Türkiyənin əvvəlcə nüvə enerjisinə sahib olması gərəkdir ki, rəsmi Ankara bu istiqamətdə müəyyən layihələr həyata keçirməkdədir".

Cavid