Kral Çarlz Samoaya səfər edib Dünya

Kral Çarlz Samoaya səfər edib

Britaniya Kralı Çarlz və Kraliça Kamilla Avstraliyadakı rəsmi səfərlərindən sonra Samoa adasına səfər ediblər.

AZƏRTAC-ın məlumatına görə, cütlük Sakit Okean adasında üçgünlük dövlət səfərindədir. Kral Çarlz Samoada Birlik Hökumət Başçıları Görüşünü (CHOGM) rəsmi olaraq açacaq, Britaniyanın Baş naziri Kir Starmer də görüşdə iştirak edəcək.

Bu səfər kiçik dövlətlərin iqlim dəyişmələri səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı illik Birlik Sammiti çərçivəsində baş tutur. Liderlərin görüşü zamanı iqlim dəyişmələri məsələsi əsas müzakirə mövzusu olacaq və onların okeanların qorunması ilə bağlı bəyanat verəcəyi gözlənilir.