Çubaysın Rusiyaya ekstradisiyası təklif edilib Dünya

Çubaysın Rusiyaya ekstradisiyası təklif edilib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Rosnano"nun keçmiş rəhbəri Anatoli Çubaysın Rusiyaya ekstradisiyasını təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Volodin Rusiyanın elektrik enerjisi sənayesində əvvəllər Çubaysın rəhbərliyi altında aparılan islahatları tənqid edib.

Bildirib ki, əvvəllər Rusiyanın elektrik sənayesinə məsul olanlar yalnız öz ciblərini doldurublar, xaricdə daşınmaz əmlaklar alıblar, sonra bunların hamısını itirdilər və hələ də toz udurlar. "Gəlin hər şey öz adı ilə deyək. Çubays haradadır? Onu ekstradisiya edin", - deyə Dumanın spikeri təklif edib.

Qeyd edək ki, Anatoli Çubays Rusiya Ukraynada müharibəyə başlayandan dərhal sonra ölkəsən qaçıb. Onun İsraildə məskunlaşdığı bildirilib.