“Brüssel və Vaşinqtonun son ümidi Gürcüstandakı hazırki seçkilərdir” Dünya

“Brüssel və Vaşinqtonun son ümidi Gürcüstandakı hazırki seçkilərdir”

“Gürcüstanda hazırki seçkilər ölkədə kəskin siyasi qütbləşmənin əsl mənzərəsini ortaya qoymaqla yanaşı, Qərb və Rusiya qarşıdurmasının da bariz platformalarından biridir. Cənubi Qafqazda təsir imkanlarını yalnız Ermənistan üzərindən reallaşdıra bilən Brüssel və Vaşinqtonun son ümidi Gürcüstandakı hazırki seçkilərdir”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

O deyib ki, həmin seçkilərin nəticələrindən asılı olaraq Qərb və Rusiyanın bu regiondakı qüvvələr balansı dəyişəcək: “Hakim Gürcü Arzusu partiyası ölkəsinin Rusiya ilə münasibətləri inkişaf etdirməsinin ərazi bütövlüyü probleminə də çarə olacağı qənaətindədir. Moskva ilə əlaqələri daha yumşaq səviyyəyə keçid etdirməyi bacaran bu partiya Qərbə inteqrasiyanın Gürcüstana itkidən başqa heçnə qazandırmadığı qənaətindədir. 4 Müxalifət partiyası isə “Avropaya inteqrasiya” adı altında birləşməkdədir. Məqsəd Qərb “idellarını” ölkəyə daşımaq, bu yolla isə həm Qərbə, həm də daxili auditoriyaya mesajlar verməkdir. Qərbə verilən mesaj “bizi tutsanız biz də sizin dayaqları gücləndirəcəyik” məzmununda, daxilə verilən mesaj isə “rifahımızın yolu Avropanın dəstəyindən keçri” məzmunundadır”.

Röya İsrafilova