La-Manş boğazında miqrant qayığı batıb, iki nəfər ölüb Dünya

La-Manş boğazında miqrant qayığı batıb, iki nəfər ölüb

La-Manş boğazında miqrant qayığının batması nəticəsində iki nəfər ölüb, 46 nəfər isə xilas edilib.

AZƏRTAC xəbər verir ki, çərşənbə günü səhər saatlarında Fransa sahillərində həddindən artıq yüklənmiş miqrant qayığı batıb. Fransa rəsmiləri xilasetmə əməliyyatlarının davam etdiyini bildirərək, 46 nəfərin xilas olunduğunu açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparıldığı da bildirilib.

Birləşmiş Millətlər Təşkilatının məlumatında 2024-cü il La-Manş boğazında miqrant keçidlərinin ən ölümcül ili olaraq qeyd edilir.

Sentyabrın 3-də Fransanın sahillərində batmış bir qayıqda 12 nəfər ölüb, onların altısı uşaq, biri isə hamilə qadın olub.