FETÖ lideri sabah dəfn olunacaq Dünya

FETÖ lideri sabah dəfn olunacaq

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin”sabah.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə deyilir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Gülənin dəfn mərasiminin nə vaxt keçiriləcəyi, orada kimlərin iştirak edəcəyi, harada dəfn ediləcəyi və namazını kimin qılacağı ilə bağlı təşkilat daxilində fikir ayrılıqları yarandıqdan sonra bəzi detallar aydınlaşmağa başlayıb.

Qeyd edilir ki, buna görə də cənazənin sabah Pensilvaniya ştatında təşkilatın mərkəzi sayılan təsərrüfat düşərgəsində, Gülənin daha əvvəl özünün göstərdiyi yerdə dəfn edilməsi gözlənilir. Bu səbəbdən təsərrüfata iş maşınları da gətirilib. Təşkilat üzvləri arasında FETÖ lideri Gülənin yazılı vəsiyyətnamə yazdığı da danışılır.