Türk Hava Yolları və Pegasus İran və İsrailə bütün uçuşları ləğv edib Dünya

Türk Hava Yolları və Pegasus İran və İsrailə bütün uçuşları ləğv edib

Türk Hava Yolları (THY) və Pegasus Hava Yolları İran və İsrailə olan bütün reyslərini ləğv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sozcu.com.tr” saytı xəbər paylaşıb.

Xəbərə bildirilir ki, aviaşirkətlər buna səbəb kimi İsrailin yaxın vaxtlarda İrana düşünülən raket hücumunu göstərib.

Daha əvvəl təhlükəsizlik səbəbi ilə Livana uçuşları dayandıran THY və Pegasus da noyabrın 1-dək İran və İsrailə uçuşları dayandırıb.

Pegasus noyabrın 1-dək İranın paytaxtı Tehran, Şiraz və İsfahan şəhərlərinə uçuşları dayandırıb.
THY də noyabrın 1-dək İranın bir çox şəhərinə uçuşları dayandırıb.