Hindistanda bina çöküb, 5 nəfər ölüb Dünya

Hindistanda bina çöküb, 5 nəfər ölüb

Hindistanın Karnataka ştatında tikilməkdə olan binanın uçması nəticəsində 5 nəfər ölüb.

Xalqcebhesi.az-ın məlumatına görə, bu haqda Türkiyənin “turkiyegazetesi.com.tr” saytı xəbər verib.

Xəbərdə bildirilir ki, Banqalur şəhərində tikilməkdə olan bina uçub. İndiyədək 5 nəfərin öldüyü, 13 nəfərin isə xilas edildiyi açıqlanıb.

Qeyd edilir ki, bina çökdüyü zaman içərisində 20 nəfər olub. Axtarış-xilasetmə işlərinin davam etdiyi deyilir.

Karnataka baş nazirinin müavini DK Şivakumar hadisə yerində verdiyi açıqlamada binanın qanunsuz tikildiyini bildirib. O, icazəsiz tikilən binaların sahiblərinə qarşı tədbir görülməsi barədə göstəriş verdiyini bildirərək bu hadisənin onlar üçün dərs olduğunu və bunun təkrarlanmasının qarşısını alacaqlarını vurğulayıb.