Türkiyədə terakt: 5 şəhid, 22 yaralı Dünya

Türkiyədə terakt: 5 şəhid, 22 yaralı

17:16

Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib.

***

Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu açıqlayıb.

***

TUSAŞ qarşısında atışma davam edir.

***

Terror aktının olduğu TUSAŞ-ın binasında daha bir partlayış baş verib.

***

Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, 3 terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə daxil olub.

***

Türkiyə DİN rəhbəri Əli Yerliqaya 2 terrorçunun məhv edildiyini açıqlayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların sayının 4-ə yüksəldiyini bildirib.

***

TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5-ə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Nazir qeyd edib ki, yaralıların sayı isə 22-yə yüksəlib.