Gürcü Arzusu qalib gəlsə, Qərb seçkini tanımayacaq - Qoqava Dünya

Gürcü Arzusu qalib gəlsə, Qərb seçkini tanımayacaq - Qoqava

Əgər hakim Gürcü Arzusu Partiyası qalib gəlsə, Qərb Gürcüstanda parlament seçkilərinin legitimliyini tanımayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu gürcü politoloq İrakli Qoqava deyib.

“Bu gün Gürcüstanda hökumət güclüdür, hüquq-mühafizə orqanları səriştəlidir və böhran vəziyyətində necə işləməyi bilir. Xalq da ayıq və hərəkətə hazırdır. Əminəm ki, biz bunun öhdəsindən gələcəyik. Hakimiyyət də, xalq da başa düşür ki, biz ləngisək, ölkəni itirə bilərik. Bunun nəticələrinin olacağı aydındır, hakim partiya qalib gəlsə, Qərb seçkilərin legitimliyini tanımayacaq”, - Qoqava bildirib.

Onun sözlərinə görə, bu vəziyyətə cavab olaraq Qərb sanksiyalardan, beynəlxalq təşkilatlarda demarşlardan, Gürcüstanın AB ilə vizasız rejiminin ləğvindən və respublikanın avrointeqrasiya prosesinin dondurulmasından istifadə edə bilər.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.