"Türkiyəni qorxutmaq mümkün deyil" Dünya

"Türkiyəni qorxutmaq mümkün deyil"

Türkiyə bölgədə böyük bir güc, dünyanın ən güclü 8-ci ordusuna malik, öz müasir strateji silahlarını istehsal edən bir ölkədir. Türkiyə öz gücünə ayaqüstə qalmağı bacaran, heç kimdən, heç bir ölkədən asılı deyil. Nə zaman Türkiyə terrora, terrorçuluğa qarşı mübarizəsini gücləndirir, BMT-də haqq səsini ucaldırsa, gücünü nümayiş etdirirsə belə terrorla üzləşir.

Bunu "Xalq Cəbhəsi"nə
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz
Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumuna münasibətində deyib.

O, qeyd edib ki, belə terrorlar Türkiyənin diqqətini daxili işlərinə yönəltmək məqsədi daşıyır: "Türkiyənin güclənməsini, daxildə barışa nail olmasını, beynəlxalq siyasət meydanında gücü və qətiyyətli mövqeyi ilə barışmayan qüvvələr onu qorxutmaq istəyirlər. Amma istəklərinə heç vaxt nail ola bilməyəcəklər. Türkiyəni qorxutmaq mümkün deyil Türkiyə illərdir terrora qarşı güclü mübarizə aparır və istəyinə nail olur. Bu terrorda dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət diləyirik, qardaş Azərbaycan dövlətinə də acımıza şərik çıxdığına görə təşəkkürümü bildirirəm".

Cavid