Koreya ordusunun Rusiyaya gəlməsi... - Putinin şok cavabı Dünya

Koreya ordusunun Rusiyaya gəlməsi... - Putinin şok cavabı

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı sualı cavablandırıb.

Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, Putin bu barədə BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında danışıb

O, Rusiya ilə KXDR arasında əməkdaşlığın iki ölkənin daxili işi olduğunu bəyan edib.

“Bu gün bizim strateji tərəfdaşlıq sazişimiz ratifikasiya olundu. 4-cü maddə var. Biz Şimali Koreya rəhbərliyinin razılaşmalarımızı ciddi qəbul etdiyinə heç vaxt şübhə ilə yanaşmamışıq. Bu razılaşma çərçivəsində nəyi və necə edəcəyik, bizim işimizdir. Əvvəlcə danışıqlar aparmalıyıq”, – deyə Kreml rəhbəri vurğulayıb.

Xatırladaq ki, müqavilənin 4-cü bəndində deyilir ki, “əgər tərəflərdən biri hansısa dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf ona dərhal sərəncamında olan bütün vasitələrlə hərbi yardım göstərməlidir.