Vuçiç: Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək Dünya

Vuçiç: Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Serbiya Kosovodan heç vaxt imtina etməyəcək, anti-Rusiya sanksiyalarına qoşulmayacaq və xalqı naminə müstəqil siyasətini davam etdirəcək.

APA xəbər verir ki, bunu ölkə prezidenti Aleksandar Vuçiç Serbiyanın Tərəqqi Partiyasının yaradılmasının 16-cı ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı qeyd edib.

“Biz kiminsə istədiyi kimi sanksiyalar tətbiq etməyəcəyik. Öz siyasətimizə haqqımız yoxdursa, özümüz haqqında, gələcəyimizlə bağlı, ölkəmizlə bağlı müstəqil qərarlar qəbul edə bilmiriksə, o zaman prezident nəyə lazımdır? Bəs hökumət nəyə lazımdır?”, - dövlət başçısı vurğulayıb.