İsrail “Hizbullah”ın Livanın cənubunda yerləşən 3,2 mindən çox hədəfinə zərbə endirib Dünya

İsrail “Hizbullah”ın Livanın cənubunda yerləşən 3,2 mindən çox hədəfinə zərbə endirib

İsrail ordusu bir ay ərzində Livanın cənubunda “Hizbullah” təşkilatının 3,2 mindən çox hədəfinə hücum edib.

APA xəbər verir ki, bu məlumatı brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari təqdim edib.

“Təkcə son bir ayda Livanın cənubunda 3,2 mindən çox hədəfə, o cümlədən təxminən 350 silah anbarına zərbələr endirmişik”, - Haqari vurğulayıb.